Parotit xəstəliyindən necə qorunmaq olar? - İnfeksionist DANIŞDI

SAĞLAMLIQ
11:16 / 28.12.2024
90

Son zamanlarda uşaqlar arasında parotit xəstəliyi yayılıb. 

Bu xəstəlik xalq arasında daha çox "qulaqdibi" kimi də bilinir. Xüsusilə rayon və kənd məktəblərində yoluxmalar qeydə alınıb. Təəssüflər olsun ki, yoluxan uşaqlar xəstəliyi sinif yoldaşlarına da keçirirlər. 

Bəs ondan necə qorunmaq olar? 

İnfeksionist Ləman Qalimova son günlər yayılan parotit xəstəliyi barədə Hit.az-a açıqlama verib. O bildirib ki, sözügedən xəstəlik daha çox tüpürcək vəzilərində iltihabi proseslə xarakterizə olunur:

365022

"Parotit xəstəliyi əsasən halsıqlıq və temperaturun yüksəlməsi kimi simptomlarla özünü biruzə verir. Həmçinin, ona yoluxanların qulaqlarının arxasında şişkinlik olur. Bu xəstəliyə yoluxan uşaqlar 21 gün ərzində təcrid olunmalıdırlar.

Ona daha çox uşaqlar və yeniyetmələrdə arasında rast gəlinir. Daha dəqiq desək, bu xəstəlik 5-15 yaş aralığında olan uşaqlarda və yeniyetmələrdə müşahidə olunur. Lakin böyüklərin də bu xəstəliyə yoluxması mümkündür. 

Həkim parotit virusundan qorunmaq üçün atılacaq addımlar barəsində də danışıb:

"Parotit xəstəliyinə qarşı peyvənd mövcuddur. Ona qarşı QPM (qızılca - parotit - məxmərək) peyvəndindən istifadə olunur. Sözügedən peyvənd poliklinikalarda vurdurmaq olar. Bu peyvəndin birinci dozası əsasən uşağın bir yaşında, digəri isə 6 yaşında vurulur".

Pərviz

0