Genetik mutasiya xərçəngin böyüməsini yavaşladır

SAĞLAMLIQ
23:45 / 28.12.2024
70

Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin alimləri H2-Aa genində melanoma və digər xərçəng növlərinin inkişafını ləngidə bilən mutasiya aşkar ediblər. 

HİT.az xəbər verir ki, kəşf haqqında məlumat "Journal of Experimental Medicine" jurnalında dərc olunub.

Tədqiqatın əsas elementi immun sisteminin fəaliyyətində mühüm rol oynayan MHC II sinif zülalının istehsalında iştirak edən H2-Aa geni olub. Siçanlar üzərində aparılan təcrübələrdə alimlər müəyyən ediblər ki, bu zülalın olmaması dərinin piqment hüceyrələrinə təsir edən bədxassəli şiş olan melanomanın daha yavaş böyüməsinə səbəb olub.

Bu, xarici agentlərlə mübarizə aparan T hüceyrələrinin alt növünün aktivliyinin artması və immun cavabın intensivliyini azaldan tənzimləyici T hüceyrələrinin bastırılması ilə əlaqədardır.

Təsiri artırmaq üçün elm adamları H2-Aa zülalının təsirini bloklayan monoklonal antikor hazırlayıblar. Müasir immunoterapiyanın bir hissəsi olan nəzarət nöqtəsi inhibitorları ilə birlikdə bu antikor dəri xərçəngi olan siçanların sağ qalma nisbətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Alimlərin fikrincə, tapıntılar hətta ənənəvi immunoterapiya üsullarına cavab verməyən insanlar üçün də təsirli ola biləcək müalicə üsullarının inkişafı üçün yeni perspektivlər açır.

Samir

0