Siqaretin qadınlara mənfi təsiri

SAĞLAMLIQ
21:48 / 28.12.2024
69

Siqaretdən istifadə edənlərin yaşı getdikcə cavanlaşır.

Xüsusən də yeniyetmələrin və qadınlar arasında bu zərərli vərdişə qurşananların sayında artım müşahidə olunur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, siqaret qadınların doğuş şansını, ümumilikdə isə hamilə qalma şansını azaldır. Siqaret çəkən hamilə qadınlarda müxtəlif qanaxmalar da tez-tez müşahidə olunur:

 "Siqaret çəkən qadınlarda erkən qırışlar, dəri pozğunluqları meydana gəlir, eləcə də depressiyaya meyillilik artır.  Siqaret çəkən və ya tüstüyə məruz qalan insanlarda depressiya əlamətlərinə çox tez-tez rast gəlinir və xüsusilə , nikotinin səviyyəsinin sürətlə artması və azalması insanın depressiyaya meylliliyini xeyli artırır”.

Sevinc

0