Qan azlığı (anemiya) vəziyyəti, qanınızdakı qırmızı qan hüceyrələrinin sayı və ya onların oksigen daşıma qabiliyyətinin azaldığı bir haldır.
Bu, bədənin kifayət qədər oksigen almasına mane olur və bir sıra simptomlarla özünü göstərə bilər.
Bu barədə Hit.az-a danışan həkim Seymur Maqsudov qan azlığını aradan qaldırmaq üçün faydalı məlumat verib:
“Dəmir, qırmızı qan hüceyrələrinin oksigen daşıyan hissəsi olan hemoglobinin əsas komponentidir. Dəmir çatışmazlığı, qan azlığının ən yaygın səbəbidir. Qan azlığının müalicəsi səbəblərdən asılı olaraq dəyişir. Dəmir çatışmazlığında dəmir əlavələri, B12 və fol turşusu çatışmazlığında isə bu vitaminlərin əlavələri istifadə edilir.
Amma qan azlığının aradan qaldırmağın başqa çarələri də var. Deməli, səhər aç qarına bir stəkan suya bir çay qaşığı bəhməz və ¼ limonun suyunu əlavə edib, için. Bu dəmirin qana sovrulmasını 10 dəfəyə qədər artırır. Lakin bunu içdikdən sonra 1-2 saat ərzində süd və çay qəbul etməyin. Çünki, onlar dəmirin qana sovrulmasını ləngidir”.
Murad