Qazlı içki istifadə edən uşaqların iştahı olmur

SAĞLAMLIQ
19:45 / 29.12.2024
156

Uşaqların ən sevdiyi içəcəklərdən biri də qazlı içkilərdir.

Qazlı içkiləri istehlak edilməsi  tövsiyə olunmadığı halda, uşaqlara böyük zövqlə bu içkiləri istifadə edir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, qazlı içkilər nəinki uşaqlara, böyüklərə də zərərlidir:

 "Qazlı içkilər orqanizm üçün çox zərərlidir. Qazlı içkilər siqaret qədər orqanizmə zərər verir. Qazlı içkilərə rəng qatıldıqda isə xəstəlik riski daha da artır. Rəngli, qazlı içkilər istehlak edənlər yemək yemir, iştahı olmur. Yemək yeməyən uşaq sürətlə arıqlayır, immuniteti aşağı düşür və xəstələnir. Bir sözlə, uşaqları qazlı içkilərdən uzaq tutmaq vacibdir".

Sevinc

0