Kökəlməmək üçün psixologiyanıza DİQQƏT EDİN

SAĞLAMLIQ
18:34 / 29.12.2024
161

Son dövrlər bir çox insan problemindən biri artıq çəkili və piylənməyə meyilli olmaqdır. 

Maraqlıdır, insan kökəlməmək üçün nə etməlidir? 

Bu barədə Hit.az-a açıqlama verən dietoloq Arzu Bayramova deyib ki, İnsanların kökəlməmək üçün bir neçə əsas prinsipi izləməsi tövsiyə olunur:

“Bunlar həm fiziki, həm də psixoloji cəhətdən balanslı bir yanaşma tələb edir. Gün ərzində yediyiniz qidaların tərkibini nəzərə alaraq, protein, karbohidrat və yağlar arasında düzgün balans qurmaq vacibdir. Çox yağlı, şəkərli və işlənmiş qidalardan çəkinmək lazımdır. Təzə meyvələr, tərəvəzlər və tam taxıllı qidalar ideal seçimlərdir.

Yemək saatlarını müəyyənləşdirmək və bu saatlara riayət etmək, bədəninizin metabolizmasını tənzimləyir. Həmçinin, porsiyaları kiçik saxlamaq və gün ərzində tez-tez kiçik, balanslı yeməklər yemək daha faydalıdır. Stresin və emosional yemenin kökəlməyə səbəb olduğunu unutmayın. Stress altında olmaq, kortizol adlı hormonun artmasına səbəb olur ki, bu da piylənməyə gətirib çıxara bilər. Meditasiya, nəfəs alma məşqləri və mütəmadi olaraq istirahət etmək faydalıdır. Kökəlməmək üçün yemək məsələsini sadəcə qida deyil, həm də emosional və psixoloji vəziyyətlə əlaqəli bir sahə olaraq görmək vacibdir. Sağlam psixoloji vəziyyət və özünə inam, sağlam həyat tərzini dəstəkləyir”.

Murad


 

0