Yaşıl çay hər kəs üçün sağlıqlı deyilmiş

SAĞLAMLIQ
20:00 / 06.01.2025
107

Yaşıl çayın faydalarını hər kəs bilir. Ancaq yaşıl çay hər kəs üçün sağlıqlı deyil.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yaşıl çay hər kəs üçün şəfalı deyil:

 “Qan laxtalanması problemi olanlar yaşıl çay qəbulu qanaxma riskinin artmasına səbəb olur. Yaşıl çay dəmirin təsirini öldürür. Buna görə onu yeməklə içməyi məsləhət görmürlər və onunla birlikdə dəmir tərkibli preparatlar qəbul edirlər. Bir insanın anemiyası varsa, yaşıl çayın həddindən artıq qəbulu vəziyyəti daha da ağırlaşdıracaq.Yaşıl çayın tərkibində kofein var, buna görə bu maddənin normadan artıq dozası ürək döyüntüsünün ritmini pozur, qan təzyiqini yüksəldir. Kofeinə həssas olan insanlarda çayın davamlı istifadəsi baş ağrısına səbəb ola, miqreni ağırlaşdıra bilər.

Yaşıl çayın həddindən artıq miqdarda uzun müddət istehlak edilməsi və ya tövsiyə olunan miqdardan artıq yaşıl çay ehtiva edən əlavələrdən istifadə sağlamlıq problemlərinə səbəb ola bilər. Tərkibində yüksək miqdarda kofein olan yaşıl çay həddindən artıq istehlak edildikdə, yuxu problemləri və gərginlik hissi kimi həddindən artıq kofein istehlakında görülən simptomlara səbəb ola bilər. Həddindən artıq kofein diabet xəstələri üçün də təhlükə yarada bilər”.

Sevinc

0