hMPV virusunun Azərbaycana da gəlməsi tam realdır?

SAĞLAMLIQ
18:18 / 06.01.2025
112

Məlum olduğu kimi, Çində yeni insan metapnevmo virusunun (hMPV) yayılması qeydə alınıb. alovlanması baş verib. 

Qazaxıstan və Qırğızıstanda da virusa yoluxma halları qeydə alınıb.

Məlumata görə, bu virus Patogen, ağciyərləri zədələyərək ,
COVID-19 və qripə bənzər simptomlar yaradır. 

Maraqlıdır, bu virus ölkəmizdə də yayıla bilərmi? 

Tibb elmləri doktoru  Adil Qeybulla Hit.az-a deyib ki, digər ölkələrdə yayılan bu virusun Azərbaycana da gəlməsi tam realdır: 

“Bu virus da yuxarı tənəffüs yollarının virus infeksiyasıdır. Qripə bənzər əlamətlərlə davam edir. Daha ağır gedişə malikdir. Yüksək hərarətlə davam edir. Ümumi halsızlıq, zəiflik əlamətləri uzun müddət davam edir. İnsanların şikayəti də bu gün bundan ibarətdir. Genafondun sağlamlığı, sonradan qripə bənzər tempratur infeksiyaların orqanizimdə hansı izlər, hansı fəsadlar yaradacağını bilmirik. Təhlükənin qarşısı vaxtında alınmalıdır”.

Sevinc

0