Uşağının yaşıdları ilə müqayisədə boyunun kiçik olması valideynləri narahat edir.
Boyun inkişafına bir çox amillər təsir edir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, uşaqlarda boy qısalığına səbəb olan amillər genetik faktorlar, psixososial vəziyyətlər, uşaqlarda qidalanma pozuntusu, uzun çəkən xroniki xəstəliklərlə mübarizə, raxit kimi sümük-oynaq sistemi xəstəlikləri və ən əsası, endokrin xəstəliklər aiddir. Uşağın boyu daha çox ata və ananın boyundan asılıdır:
"Valideynlər qısa boyludursa, 70-80 faiz hallarda uşağın da boyu qısa olur. Cinsi inkişaf dövrünün başlanması boy artımını sürətləndirə və ya ləngidə bilər. Uca boy adətən problem yaratmır, lakin uşaqlar bəzən özlərinə diqqət çəkdikdə diskomfort yaşayırlar. Ona görə də valideynlər övladlarına uca boyun üstünlüklərini səbrlə başa salmalı, ehtiyac yaranarsa, psixoloqa müraciət etməlidirlər.".
Sevinc