Gül kələmi dəri xərçənginin qarşısını alır

SAĞLAMLIQ
22:55 / 07.01.2025
88

Brokkoli kələmkimilərin ən faydalı növüdür. 

Hit.az xəbər verir ki, gül kələmi olduqca faydalı və sağlıqlıdır. 

Gül kələmi xolesterinin aşağı düşməsinə kömək olur. Tərkibindəki kalium sinirlərin ötürülməsi və ürək üçün  elektrolitdir.

Gül kələmi  eyni zamanda dəri xərçənginin qarşısını alır. Cildi UV şüaların təsirlərinə qarşı qoruduğunu da qeyd etmək olur. 

Gül kələmindən istifadə ürək qan-damar sisteminə qoruyucu təsir göstərən maddələrin istehsalını təmin edir.

Bununla yanaşı, uşaqlarda sinir, beyin, sümük inkişafını təmin edir

Gül kələmi qəbizliklə də mübarizə etməyə kömək edir, ödün ifrazını artırır, həzm prosesləri stimullaşdırır.

Gül kələminin tərkibində nadir U vitamini var ki, bu vitamin mədə və 12 barmaq bağırsağı selikli hissəsinin bərpasına, xora və eroziyaların sağalmasına kömək edir.

Sevinc

0