Qrip peyvəndi yalnız qrip virusuna qarşı qoruyuculuğa malikdir

SAĞLAMLIQ
18:44 / 07.01.2025
93

Havalar soyuyan kimi insanların tez-tez xəstələnməməsi üçün qrip əleyhinə peyvənd vurulur. 

Bu peyvəndlər uşaqlarla yanaşı, böyüklər üçün də nəzərdə tutulub.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki,qrip virusu ən çox payız, qış aylarında görülən və hava-damcı yolu ilə yayıla bilən virus xəstəliyidir: 

"Qrip peyvəndi ilə qrip virusuna yoluxmanın qarşını almaq mümkündür. Qrip virusunun çoxlu sayda alt növləri mövcud olduğu üçün hər il fərqli növ qrip virusu kimi ortaya çıxar. Qrip peyvəndi yalnız qrip virusuna qarşı qoruyuculuğa malikdir, digər viruslara qarşı təsiri olmayacaqdır.Peyvəndin qoruyuculuğu 70-90 faizdir. İnfluenza virusu antigenləri hər il dəyişkən olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömürlük immunitet yaratmır. Ona görə də hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edirik".

Sevinc

0