"Artıq koronavirus təhlükəsi sona çatıb" - İnfeksionist

SAĞLAMLIQ
14:15 / 08.01.2025
100

"Demək olar ki, artıq koronavirus təhlükəsi sona çatıb". 

Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, ümumi olaraq isə koronavirus bizimlə olmağa davam edəcək:
"Yəni bu virus heç vaxt tamamilə yox olmayacaq. Hətta hər mövsümdə müəyyən yoluxma halları da müşahidə oluna bilər. Amma bundan sonra koronavirusun epidemiyaya və ya pandemiyaya çevrilmə ehtimalı sıfıra bərabərdir. Çünki cəmiyyətlərdə artıq kollektiv immunitet formalaşıb".

365599

Həkim vurğulayıb ki, son dönəmlərdə insanlar koronavirus infeksiyasına yoluxanda onu yüngül formada keçirirlər:

"Onlarda hər hansısa ağırlaşma müşahidə olunmur. Hətta artıq koronavirusa yoluxan xəstələr həkimə belə müraciət etmirlər. Çünki ağır olmadığı üçün koronavirus qrip və ya digər kəskin respirator virus infeksiyaları ayırd etmək olmur. Yalnız analiz nəticəsində bilmək olar".

Mərdan Əliyev qeyd edib ki, koronavirus artıq klinik gedişinə görə hətta qripdən də dəfələrlə yüngül gedən bir xəstəliyə çevrilib:

"Hazırda qrip və bənzər xəstəliklərlə bağlı həkimə müraciət edənlər çoxdur. Koronavirusa görə isə əlavə analizlərin verilməsi də əhəmiyyətini itirib. Çünki hamısında demək olar ki, eyni müalicə gedir. Ona görə əlavə xərc çəkməyə ehtiyac olmur".

Pərviz

0