Kərəviz müalicəvi əhəmiyyəti ilə sağlamlıq üçün ən faydalı bitkilərdən biridir.
Hit.az xəbər verir ki, artıq çəkidən əziyyət çəkənlər üçün kərəviz ən yaxşı tərəvəzlərdən biri sayıla bilər.
Arıqlamaq istəyənlər müntəzəm olaraq, qidalanma zamanı kərəvizdən istifadə etsələr , müsbət nəticə əldə edə bilərlər.
Xüsusilə yaşlı adamlarda yaddaş problemi olanlar üçün kərəvizdən istifadə olduqca xeyirlidir.
Bununla yanaşı, kişilər üçün kərəviz əvəzolunmaz tərəvəzdir.
Bu bitki potensiyanı gücləndirir, cinsi fəaliyyəti normallaşdırır və prostat vəzin xəstəliklərinə qarşı profilaktikada effektli rol oynayır.
Kərəviz ürək və damar xəstəlikləri üçün də faydalıdır. Yüksək qan təzyiqini də aşağı salır.
Sevinc