Elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur.
Havanın necə olmasında asılı olmayaraq , bəzi insanların əl və ayaqları daim soyuq olur.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, əl və ayağın daim soyuq olmasının səbəbi müxtəlifdir:
“Bura B12 vitaminin çatışmazlığı daxildir. Həmin vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında olur, qanda hemoqlobinin miqdarına cavabdehlik daşıyır. Bu vitaminin çatışmazlığı əsasən qırmızı sümük iliyində qan hüceyrələrinin yaranması prosesinə mənfi təsir edir. Qan təzyiqi aşağı olan insanlarda da əl barmaqlarının soyuması müşahidə edilir. Stress və həyəcan, gündəlik dərman qəbulu, siqaret istifadəsi də bu probləmə səbəb olur. Həmçinin, qalxanabənzər vəz lazımi miqdarda hormon ifraz etmədikdə, orqan və toxumalara yetərli miqdarda qan çatdırılmır”.
Sevinc