Saqqız çeynəməyin müsbət və mənfi tərəfləri

SAĞLAMLIQ
23:56 / 09.01.2025
64

Bir qisim insanlar saqqız çeynəməyi sevir. 

Qeyd edək ki, bu gün satışda müxtəlif saqqız növləri var. 

Hər biri fərqli dada və qiymətə malikdir. 

Həkim dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, saqqız çeynəməyin bir sıra  faydası və ziyanı var:

 “Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Stressi azaltmaq üçün şəkərsiz saqqız çeynəmək həm çəki, həm də dişlər üçün daha sağlam olar. Uzun müddət saqqız çeynəməyin ziyanı da var.  Bu zaman saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər. Uzun müddət saqqız çeynəmək çənə əzələlərini həddindən artıq yükləyə bilər. Bu, çənədə əzələ ağrısı və narahatlığa səbəb ola bilər.Nəticədə saqqız çeynəmək ümumiyyətlə, zərərsiz olsa da, bu vərdiş gündə bir saata kimi davam edərsə, çənə əzələlərinə və həzm sisteminə mənfi təsir göstərə bilər”.

Sevinc

0