Yeni doğulan uşaq 40 gün çimizdirilməməlidir?

SAĞLAMLIQ
21:37 / 10.01.2025
51

Bəzi ailələr yeni doğulan uşağı 40 gün çimizdirmir. 

Onlara görə uşaq 40 gün çimməlidir, 40 gün tamam olanda körpə çimizdirilməlidir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, yeni doğulan uşağın 40 gün çimizdirilməməsi fikri yanlışdır:

 “Körpələr xəstəxanadan evə çıxdıqdan sonra çimizdirilə bilər. Sadəcə, körpəni çimizdirərkən göbəyinin çox islanmamasına fikir vermək lazımdır. Göbək quru tutulduğu zaman 7-10 gün içərisində düşür. Körpələri isti aylarda hər gün, qış aylarında isə günaşırı və ya 2-3 gündən bir  çimizdirilə bilər”.

Sevinc

0