“Əməköməci, xüsusilə qadınlar üçün faydalıdır”.
Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.
Onun sözlərinə görə, çünki bu bitki hormon balansını dəstəkləməyə və estrogen səviyyələrini tənzimləməyə kömək edir:
“Həmçinin, ana südü istehsalını artırmaq üçün istifadə edilir. Əməköməci, qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir və diabetin idarə edilməsində faydalıdır. Bitkinin tərkibindəki müxtəlif maddələr qan şəkərinin səviyyəsini sabitləşdirməkdə təsirli olur. Əməköməci, ürək-damar sağlamlığı üçün faydalıdır. Bu bitki, xolesterolu azaldaraq ürək-damar xəstəlikləri riskini azaldır. Əməköməci, xüsusilə idman sonrası əzələ ağrılarının azalmasına kömək edən təbii maddələrə sahibdir. Bu bitki, iltihab əleyhinə təsir göstərərək, oynaqlardakı ağrıları və şişlikləri azaltmağa kömək edir”.
Murad