Xroniki yorğunluq nədir?

SAĞLAMLIQ
20:01 / 13.01.2025
87

Bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir. 

Ancaq heç bir fiziki iş görmədən özünü yorğun, bitkin hiss  edirsizsə burda nəsə problem var.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qanazlığı olan insanlarda əsasən yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunur: 

“Anemiyada olan yorğunluq orqanların toxumalarında yetərli miqdarda oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Eyni zamanda, qalxanabənzər vəz xəstəliklərində, əsasən də orqanın həddindən artıq böyüməsi, davamlı yorğunluğa səbəb ola bilər”.

Həmsöhbətimizin dediyinə görə əgər insan yataqdan qalxdıqdan sonra da özünü istirahət etmiş hiss etmirsə, yaddaş problemi yaşayırsa və diqqətini cəmləməkdə çətinlik çəkirsə, bu, xroniki yorğunluğun əlaməti ola bilər:

“Xroniki yorğunluğa səbəb olan xəstəliklərdə də kliniki müayinələr nəticəsində aşkarlana bilər. Xroniki yorğunluq yalnız fiziki bir hal deyil, həm də bir insanın psixoloji və emosional sağlamlığına dərindən təsir edə bilər. Bu vəziyyət insanın gündəlik həyat keyfiyyətini aşağı sala və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Buna görə də xroniki yorğunluğun müalicəsində psixoterapiyanın rolu həyati əhəmiyyət kəsb edir.

Psixoterapiya xroniki yorğunluq sindromu olan şəxslərə emosional vəziyyətlərini anlamağa və idarə etməyə kömək edir. Terapiya prosesində xəstələr stress idarə üsullarını öyrənir və həyat tərzində dəyişikliklər edərək enerji səviyyələrini artırmağa çalışırlar. Bundan əlavə, psixoterapiya xəstələrə yorğunluğun öhdəsindən gəlmək və daha yaxşı hiss etmək üçün strategiyalar hazırlamağa imkan verir”.

Sevinc

0