"Gigiyenik məhsulların qiyməti bazar tərəfindən formalaşır"

SAĞLAMLIQ
22:37 / 13.01.2025
86

“Gigiyenik məhsulların qiyməti bazar tərəfindən formalaşır. Gigiyenik məhsullar 100 faiz xaricdən idxal olunur. İdxal qiymətlərin dəyişməsi bazarda qiymətə təsir edir”.

 Bu fikir Hit.az-a iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, bazarda süni qiymətin olub-olmadığını müəyyən edən qurum var. Həmin təşkilat müəyyən etsə ki qiymət bahalığı süni deyilsə də, burda heç nə edilə bilməz: 

“Belə olan halda istehlakçılar öz büdcələrinə uyğun bazarlıq etməli, qənaet etməlidir. Gigiyenik məhsullar ölkəmizə idxal olunduğu üçün bu məhsulların qiyməti fərqlənir”.

Sevinc

0