Daşıyıcı analar...

SAĞLAMLIQ
21:40 / 13.01.2025
83

Bu gün sonsuzluqdan əziyyət çəkən ailələrin sayı az deyil. 

Həmin ailələr övlad sahibi olmaq üçün müalicə alsalar da, nəticə olmur. 

Son anda bu cür ailələr çıxış yolunu surroqat anaya müraciət etməkdə görür. 

Surroqat analıq iki yolla həyata keçirilə bilər. Bunlardan birincisi surroqat ananın yumurtalıqlarından istifadə etməklə həyata keçirilən üsuldur. İkinci üsulda kişidən alınan sperma və qadından alınan yumurtalıq “daşıyıcı” sayılan qadının bədəninə yerləşdirilir. Bu embrionun inkişafı və böyüməsi qadının bədənində baş verir. Doğuşdan sonra körpə bu ailəyə verilir.

Ginokoloq həkim Qumru Həsənova Hit.az-a deyib ki, daşıyıcı ana kənardan mayalandırıb və bətninə döl qoyulan şəxsdir. Azərbaycanda bu Surroqat analıq adlanır və ölkəmizdə bu prosedura icazə yoxdur:

“Anaya bətnində hamiləliyin baş verməsi üçün preparatlar təyin olunur. Bundan sonra embrionlar “surroqat ana”nın bətnində yerləşdirilir. Onların sonrakı inkişafı genetik valideynlərin embrionlarının məsuliyyəti sayılır. “Surroqat ana”dan yalnız hamiləliyin necə keçməsi asılıdır. Yəni, qidalanma, yuxu, normal və sakit rejimə riayət etmək və sairə. Övlad dünyaya gələndən sonra o, bioloji valideynlərinə verilir”.

Sevinc

0