Tez-tez meddiada, sosial şəbəkədə intihar xəbərləri ilə rastlaşırıq.
İntihar edənlər arasında yeniyetmələr arasında ailə başçıları da var. Onlar ailə qayğılarından, sosial çətinlikdən qurtulmaq üçün çıxışı yolunu intiharda görür.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, intihar probleminin kökündə mənasız həyat tərzi durur:
"Səbəbsiz intihar olmur, bu birmənalıdır. Hər kəsin intiharla bağlı bir səbəbi var. Normalda istənilən bir insan intihar üçün səbəb tapa bilər. Yalnız bir sual yaranır: buna görə intihar etməyə dəyərmi? Həyatın bütün çətin şəraiti ilə qarşılaşan və yaşamağı tərcih edən insanlar da var. Bu gün bizim söykənə biləcəyimiz yerlərimiz azalıb, insanlar bir-birinə yadlaşıb. Əvvəlki dönəmlərlə müqayisədə bu gün insanın ruh halı tez-tez dəyişir. Həddindən artıq virtual aləmə qapılanlarda insanlarda ruh düşkünlüyü yaranır. Onlarda gələcəyə ümid, inam qalmır”.
Sevinc