Nigeriyalı tədqiqatçılar aşkar ediblər ki, portağal qabığı həzmi yaxşılaşdırmaqla yanaşı, bağırsaqda faydalı bakteriyaların çoxalmasına da kömək edir.
Hit.az xəbər verir ki, araşdırmanın nəticələri "Human Nutrition & Metabolism" (HNM) elmi jurnalında dərc olunub.
Mütəxəssislər qeyd edirlər ki, portağal qabığında hüceyrə fəaliyyətini dəstəkləyə və onları oksidləşmədən qoruya bilən çoxlu polifenollar, bitki mənşəli bioloji aktiv birləşmələr var.
Portağal qabığı da liflə, xüsusən də onun həll olunan forması olan pektinlə zəngindir. Suyu udmaq, həzm prosesini asanlaşdırmaq, qan şəkərinin səviyyəsini sabitləşdirmək üçün qidaların həzmini ləngitmək, xolesterin və təzyiqi azaltmaq qabiliyyətinə malikdir.
Bundan əlavə, alimlər portağal qabığının bağırsaq mikrobiomuna müsbət təsir göstərdiyini aşkar ediblər. Lif faydalı mikroorqanizmlərin böyüməsini stimullaşdırır, flavonoidlər və polifenollar isə bağırsaq baryerini gücləndirir, zərərli bakteriyaları yatırır və probiyotiklərin sağ qalmasına kömək edir.
Samir