Bəzi xəstəliklərə niyə heyvan adı verilir?

SAĞLAMLIQ
22:18 / 21.01.2025
60

Bu gün bir sıra xəstəliklər var ki, onlara heyvan adı verilib. 

Məsələn, “quş qripi”, “meymun çiçəyi”, “donuz qripi” və s.

Maraqlıdır, heyvan adları niyə xəstəliklərə verilir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, xəstəliklərə heyvan adlarının verilməsini düzgün deyil: 

“Bəzən xəstəliyin mənşəyi, baş vermə prosesi, ilk dəfə aşkar olduğu canlı subyektlə bağlı olaraq ona ad verilir və bu adlar içərisində heyvan adları da var. Xəstəliklərə heyvan adlarının verilməsi insanlara yalnız psixoloji təsir göstərə bilər. Bu insanlarda psixoloji aspektdən asılı olaraq dəyişə bilər. Əksər xəstəliklər müalicəsi, metodların, dərmanların xəstəlikdə effekt yaratmasına görə uyğunlaşdırılıb, heyvanlar üzərində aparılan ekspermentlərə görə müəyyən edildiyini bildirib”.

Sevinc

0