Uşaqlıqda idmanla məşğul olmamağın hansı fəsadları ola bilər?

SAĞLAMLIQ
20:40 / 22.01.2025
45

Beynəlxalq alimlər qrupu müəyyən ediblər ki, uşaqlarda fiziki fəaliyyət depressiya və narahatlıq səviyyəsini azaltmağa kömək edir. Bu xüsusilə autizmli və diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (DEHB) olan uşaqlar üçün vacibdir ki, onların sağlam uşaqlara nisbətən psixi xəstəliklərin inkişaf riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Hit.az xəbər verir ki, tədqiqat Autizm və İnkişaf Pozuğluqları Jurnalında (JADD) dərc edilib.

Böyük Milli Uşaq Sağlamlığı Sorğunun məlumatlarının təhlilində tədqiqatçılar fiziki cəhətdən aktiv olan autizm və DEHB olan uşaqların daha az aktiv olan yaşıdlarına nisbətən narahatlıq və depressiyaya daha az məruz qaldığını aşkar ediblər. Maraqlıdır ki, autizmli uşaqlar arasında fiziki fəaliyyət göstərməyən uşaqların 69%-i narahatlıqdan əziyyət çəkirdisə, həftədə ən azı bir gün fiziki aktiv olan uşaqlarda bu rəqəm 55%-ə enib. DEHB olan uşaqlarda fiziki fəaliyyət də narahatlıq səviyyəsinin aşağı olması ilə əlaqələndirilib.

Alimlər müəyyən ediblər ki, fiziki cəhətdən aktiv olan uşaqlarda depressiya da az olur. Məsələn, autizmli uşaqlar arasında fiziki fəaliyyət göstərməyən uşaqların 39%-i depressiyadan əziyyət çəkirsə, həftədə 1-3 gün fiziki aktiv olanlarda bu rəqəm 29%-ə, 4-7 gün aktiv olanlarda isə 23%-ə qədər olur.

Tədqiqatın müəllifi Ami L. Akkardo və həmkarları fiziki fəaliyyətin psixi sağlamlığa necə təsir etdiyini anlamaq üçün gələcək tədqiqatların vacibliyini vurğulayıbar və həmçinin autizm və DEHB olan uşaqların psixi sağlamlığının monitorinqinin zəruriliyinə diqqət çəkiblər.

Tapıntılar fiziki fəaliyyətlə psixi sağlamlıq arasında əlaqəni göstərsə də, səbəb-nəticə əlaqəsini sübut etmir. Ola bilsin ki, narahatlıq və depressiya uşaqların fiziki fəaliyyətlə məşğul olmaq imkanlarını məhdudlaşdırır. Alimlərin fikrincə, bu məsələ əlavə araşdırma tələb edir.

Samir

0