Baş soyuqlaması nədir?

SAĞLAMLIQ
23:40 / 22.01.2025
42

Soyuq havada baş ağrısından şikayət edənlər çox olur.

Araşdırmalar zamanı məlum olur ki, soyuq havada, xüsusilə küləkdə, yağışda başıaçıq gəzənlər bilmədən öz səhhətini çox ciddi təhlükəyə salırlar.

Tibb üzrə ekspert, professor Adil Qeybulla Hit.az-a deyib ki, soyuqda baş dərisinin kapilyarları daralır, saç follikullarının qidalanması kəskin pozulur: 

“Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər. Başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili təzyiqin artmasına səbəb ola bilər. Başın soyuqlaması miqren tutmasına səbəb ola bilər. Onu da deyim ki, bir çox insanlarda ağır baş ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından sonra meydana çıxıb”.

Sevinc

0