Artıq balıq mövsümü başlayıb. Bəzi insanları balığın təzə olub-olmaması narahat edir.
Hit.az xəbər verir ki, çox vaxt təzə və köhnə balıqları ayırd etmək çətindir.
Təzə balığın gözləri parlaq canlı,dərisi gərgin olmalıdır.
-Qəlsəmələri çəhrayı-qırmızı rəngdə olmalıdır, balığın təzə olmadığını qoxusundan da anlaya bilərsiniz.
Təzə balıqda qəlsəmələrin rəngi qırmızı və ya tünd qırmızı olur.
Köhnə balıqda isə qəlsəmələr tünd boz rəngə çalır.
Balığın böyründən barmağınızla basın. Əgər basılmış hissə 3-4 saniyə ərzində əvvəlki vəziyyətinə qayıtmırsa, demək, balıq köhnədir.
Balığın üz səthi şəffaf və selikli, pulcuqları hamar olmalıdır. Əgər o şəffaflığını itiribsə, bu balığın köhnə olmasının əlamətidir.
Sevinc