Yaşlı nəslin nümayəndələri körpə uşağa əlavə süd və qida kimi inək südü içirməyi məsləhət görür.
Ancaq həkimlər israrla bunun yanlış olduğunu iddia edir.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, yeni doğulan uşaqlara yalnız ana südü verilməlidir və ya süni süd:
“6 ayı tamam olan uşaqlara inək südü verilə bilər. Ancaq 50 ml-dən çox olmamaq şərti ilə inək südü vermək olar. Inək südünü uşaqlara verməzdən öncə onun həmin məhsula allergiyasının olub-olmadığı müəyyən edilməlidir. Əks halda, bu uşaqlarda problemə səbəb ola bilər”.
Sevinc