Artıq çəki problemi tək ölkəmizdə deyil, bütün düna ölkələrində müşahidə olunur.
Sağlam şəkildə arıqlaya bilməyənlər çıxış yolunu kimyəvi yolla hazırlanan dərmanlarda axtrır.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, bu tip dərmanlar insanlarda ilk günlər ishal və qarın ağrıları müşahidə olunmağa başlayır. İştahın kəsilməsi fonunda ağızda quruluq yaranır:
“Müxtəlif arıqladıcı kokteyllər, arıqladıcı dərman vasitələri piy kütləsini qısa müddətdə boşaldır və iki qat artırır və insanlar yenidən daha çox kökəlir. Bu tip dərmanlar olduqca ziyanlıdır, mədə-bağırsaq sistemini pozur, immuneteti aşağı salır, bədəndəki vitaminləri yox edir. Ən düzgün arıqlama metodu sağlam şəkildə çəki verməkdir. Kimyəvi həblərin qəbulu ilə arıqlamaq istəyənlər öz sağlıqlarına qəsd edirlər”.
Sevinc