Avstraliyalı alimlər müəyyən ediblər ki, əzələ kütləsinin və kardiorespirator dözümlülüyün qorunmasına yönəlmiş müntəzəm fitnes məşqləri xərçəng diaqnozu qoyulmuş insanlar arasında ölümü azaltmağa kömək edir.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "BMJ Journals"da dərc olunub.
Alimlər müxtəlif mərhələlərdə müxtəlif xərçəng növləri olan 47 min xəstənin fiziki hazırlığı haqqında məlumatları təhlil ediblər. Alimlər fitnesin əsas göstəriciləri kimi əlin tutma gücünü və kardiorespirator dözümlülüyün səviyyəsini seçiblər.
Tədqiqatçıların fikrincə, korrelyasiya təsir edici olub, fiziki hazırlığı yüksək olan xəstələrdə bütün səbəblərdən ölüm riski aşağı səviyyədə olanlara nisbətən 31-46% azalıb. Bu təsir hətta xərçəngin üçüncü və ya dördüncü mərhələsi olan xəstələrdə də davam edib.
Kardiorrespirator dözümlülük, ürək-damar və tənəffüs sistemlərinin koordinasiyalı işi sayəsində bədənin uzun müddət davam edən stresə tab gətirmək qabiliyyətidir. Alimlərin fikrincə, xərçəng xəstələrində bu qabiliyyəti saxlamaq və inkişaf etdirmək terapiyanın mühüm hissəsinə çevrilə, sağ qalma şansını artıra və xəstələrə əlavə vaxt verə bilər.
Samir