Axşam yeməyi saat neçədə yeyilməlidir?

SAĞLAMLIQ
21:40 / 28.01.2025
111

Bəzi insanlar axşam yeməyi gec saatlarda yeməyi sevir.

Ancaq həkimlər isə axşam yeməyinin gec saatlarda yeyilməsinin düzgün olmadığını iddia edir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, axşam saat səkkizdən sonra hər hansı tam doyumlu yemək mədə-bağırsaq traktını çox yükləyir:

 “Bədən ağır və  zərərli qidaları həzm etmək üçün çox əziyyət çəkir. İçərisində çox miqdarda olan doymuş yağların həzm edilməsi çox uzun çəkir, qanda şəkər və xolesterinin səviyyəsi yüksəlir ki, bu da gecə saatlarında baş verdikdə xüsusilə təhlükəlidir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə riski xeyli artır”.

Sevinc

0