Aloe bitkisinin inanılmaz faydaları

SAĞLAMLIQ
22:57 / 28.01.2025
132

Aloe əsrlər boyu bir sıra xəstəliklərin dərmanı kimi istifadə edilir. 

Hit.az xəbər verir ki, aloe dərinin tonusunu və qan dövranını yaxşılaşdırır. Bir sıra xəstəliklər zamanı ondan geniş istifadə olunur. 

Bu bitkinin yarpaqları son dərəcə böyük faydaya malikdir.

Onun şirəsi mədə və onikibarmaq bağırsaq xoraları, eroziyalar zamanı müsbət təsir göstərir.

Xora və eroziyaların sağalmasını sürətləndirən aloe şirəsinin balla qarışığı həmin xəstəlik zamanı xalq təbabətində ən sınanmış üsullardan biri sayılır.

Dəridəki ləkələrin qarşısını almaq üçün də aloedən istifadə edilir. 

Bununla yanaşı, aloe şirəsi orqanizmi rentgen şüaların təsirindən qoruyur və radioaktiv maddələri orqanizmdən xaric edir.

Həmçinin , günəş yanıqları zamanı dərinin bərpasına kömək edir. 

Belə ki, günəş və digər termiki yanıqları, onkoloji xəstələrin şüa prosedurundan sonra əmələ gələn dəri zədələnmələrini bərpa edir. 

Müalicə üçün təzə aloe şirəsi istifadə olunur və sutka ərzində bir neçə dəfə dəriyə sürtülür.

Həmçinin , Aloe şirəsi daxilə qəbul olunduqda ağrıkəsici təsir etməklə, mədə-bağırsaq traktının xəstəliklərini də müalicə edir.

Sevinc

0