"Qızdırmaya elə-belə yanaşılmamalıdır"

SAĞLAMLIQ
23:15 / 30.01.2025
50

Son vaxtlar yayılan xəstəlik əsasən qızdırma işə müşahidə olunur. 

Hətta elə olur ki, qızdırma günlərlə davam edir, qızdırmasalıcı dərmanların isə heç bir köməyi olmur.

Məlumata görə, Zaqatalada gənc oğlan qızdırmadan ölüb.

Rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək qızdırma ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

O bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qızdırmanın kəskinləşməsi virus infeksiyası, yuxarı və aşağı tənəffüs yollarındakı problemlər zamanı da baş verir: 

“Müalicə götürmədən və həkimə müraciət etmədən ev şəraitində müalicə olunmaq istəyib Ancaq hadisə bədbəxt sonluqla nəticələnib. Qızdırma qalxan zaman belə uşaqlarda və böyüklərdə qıcolma sindromu, boğulmalar, dil qatlanması olur. Belə olan halda ölüm temperaturdan yox, temperaturun yaratdığı fəsaddan baş verir. Qızdırmaya elə-belə yanaşılmamalıdır”.

Sevinc

0