Son zamanlar dünyada və ölkəmizdə cinsi istəyi avrtıran preparatlara tələbat artır.
Hətta bu dərmanların qurbanı olanlar da az deyil.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, belə dərmanlardan istifadə edənlər daha çox ürək döyüntülərinin artmasından və təzyiqin qalxmasından şikayət edirlər:
"Ürək xəstəliyi, şəkərli diabetdən və digər patoloji xəstəliklərdən əziyyət çəkən adamlar üçün belə dərmanlar tövsiyyə olunmur. Bu dərmanlardan özbaşına istifadə ölümə də səbəb ola bilər. Çünki , hər orqanizm dərmanlara qarşı eyni reaksiyanı vermir. Həmçinin, bu dərmanı istifadə edənlərdə xərçəng xəstəliyi yaranır.Bu tip dərmanlar yalnız androloq və ya uroloq-androloq tərəfindən təyin olunmalıdır.Özbaşına aptekdən dərman alıb, cinsi zəifliyi müalicə etməyə cəhd göstərmək ciddi fəsadlar törədə bilər".
Sevinc