Fevral ayına qədəm qoymağımıza baxmayaraq, Bakıya hələ də qar yağmayıb.
Bu azmış kimi, bu il qış fəsli çox mülayim keçir.
Mütəxəssislər bildirir ki, bu cür hava şəraiti insan orqanizmi üçün xoş hal deyil.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, qar yağmamasının fəsadları olur:
“Qış fəsli iqlimin parametrlərinə uyğun şəkildə keçməyəndə viruslar ölmür. Xüsusilə, yuxarı tənəffüs yollarında parazitlər fəallaşanda qripəbənzər əlamətlərlə girən kəskin respirator xəstəlik yaradır. İnsanlar bir-birini yoluxdura-yoluxdura gedir. Soyuq havada bu cür yoluxmaların sayı xeyli azalır. Qış fəsli olmasına baxmayaraq, havalar isti olanda bu viruslar daha çox yoluxma imkanı əldə edir və daha çox insanı yoluxdurur. Təsiri bundan ibarətdir. Digər tərəfdən belə iqlim dəyişmələrinə insanların adaptasiyası çətindir”.
Sevinc