Civə termometri dağılsa, nə edək?

SAĞLAMLIQ
20:00 / 06.02.2025
52

Civə termometri hər birimizin evində var. Bu ölçü cihazı çox kövrəkdir və ehtiyatsız davrandıqda tez sınması mümükündür və hətta dağılan iki qram civə insan üçün təhlükəli ola bilər.  

Professor Adil Qeybulla Hit.az-a bildirib  ki, ağır metal olan civə buxarlanır və sağlamlığa ciddi təhlükə törədir: 

"Civə maye halında olan metaldır. İstənilən mayenin müxtəlif aqreqat halı var,  amma civə adi temperaturda, normal atmosfer təzyiqində maye halında olur. Buna görə də o, buxarlanmaya meyllidir. Ağır metal olduğuna görə də onun buxarlanması nəfəs yollarına çökür və buradan qan-damar sisteminə keçərək civə zəhərlənməsi əmələ gətirir. Bundan başqa civənin nəfəs yollarına çökməsi ağır bronxitə, ağciyərdə müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Ona görə də məsləhətdir ki, harasa civə dağılsa, dərhal təmizlənsin. Məsləhətdir ki, o, mütəxəssislər tərəfindən təmizlənsin, çünki mütəxəssis onu necə zərərsizləşdirməyi daha yaxşı bilir”.

Sevinc

0