Limonlu su içilməlidirmi?

SAĞLAMLIQ
19:04 / 07.02.2025
49

Limonlu su vitamin və digər qiymətli maddələrin mənbəyidir. 

Limonlu su maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

Bu səbəbdən də artıq çəkidən əziyyət çəkənlər daha çox limonlu su istehlak etməyə üstünlük verir.

Hit.az xəbər verir ki, limonlu su immunitet sistemini gücləndirir.

Böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

Bununla yanaşı, limonlu su qan təzyiqini normallaşdırmağa kömək edir, ağız qoxusunu aradan qaldırır.

Ancaq onu da nəzərə almaq lazımdır ki, limonlu içki sağlamlığınıza zərər verə bilər. Belə ki, bu içki diş minasının incəlməsinə, rənginin dəyişməsinə və digər ağız problemlərinin yaranmasına səbəb ola bilər.

Sevinc

0