Uşaqlarda ayaq əyriliyinə masajın faydası varmı?

SAĞLAMLIQ
22:50 / 07.02.2025
49

Azyaşlı uşaqların bəzilərinin ayaqları əyri olur. 

Bunun üçün valideynlər massaja müraciət edir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində bildirib ki, uşaqlarda ayaq əyriliyinə mütləq həkim ortoped baxmalıdır:

"Necə gəldi masaj etmək, kimə gəldi etdirmək düzgün deyil. Bəzi valideynlər uşaq gec yeriyir deyə körpəni masaj etdirir. Ancaq masajın heç bir faydası yoxdur. Bunun elmi cəhətdən təsdiq olunduğuna dair heç bir mənbə də yoxdur. Masaj uşaqlarda müəyyən rahatlıq yaradır. Masaj nə əyri ayağa, nə də tez yeriməyə səbəb olur. Əyri ayaqlıqla bağlı həkimə müraciət edilməlidir".

Sevinc

0