Qaçmaq, yoxsa gəzmək?

SAĞLAMLIQ
20:11 / 10.02.2025
67

Artıq çəkidən əziyyət çəkənlər arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Kimisi pəhriz saxlayır, kimidi arıqladıcı preparatlardan istifadə edir, başqa biri isə qaçış və ya gəzintiyə üstünlük verir.

Maraqlıdır, çəki artmaq üçün qaçış və ya gəzinti hansı daha effektiv təsir edir.

Həkim Pərvanə Nuriyeva Hit.az-a deyib ki, arıqlamaq üçün kalori yandırmaq lazımdır:

"İdman etməklə də kalori yandırmaq mümkündür. Qaçışla gəzinti arasındakı dinamikalar bir-birindən tamamilə fərqlidir. Qaçarkən hər iki ayaq yerdə olduğundan bədəninizdə təsir və yük artır. Gəzinti zamanı bu təsir və yük artımı son dərəcə azdır.Qaçış daha çox enerji, güc və dözüm tələb edir. Hər addımda bir ayağı yerdən qaldırmaq, bir sıra sıçrayışlarla müşayiət olunur ki, bu da əzələləri daha çox işlədir. Qaçmaq ümumi sağlamlığa əhəmiyyətli təsir göstərir".

Sevinc

0