Evdə hazırlanmış turşu, yoxsa fabrik istehsalı?

SAĞLAMLIQ
20:29 / 12.02.2025
46

Soyuq aylarda ləzzətlə yeyilən konservləşdirilmiş turşu məhsullarından zəhərlənmə halları artır. 

Daha çox konserv qidalarda olan, evdə hazırlanmış, yaxşı bişirilmədən yeyilən konservlərdə rast gəlinir.

Tibb üzrə ekspert, professor Adil Qeybulla Hit.az-a bildirib ki, bütün konservləşmiş məhsullar texniki standartlara uyğun olmadığı halda zəhərlənməyə səbəb ola bilər: 

"Bu hallar əsasən bağlı qablardakı turşuları yeyəndə baş verir. Botulizm botulatoksin ifraz edir ki, bu da turşuya qarışır və zəhərlənməyə səbəb olur. Hətta bəzi hallarda bu zəhərlənmə ölümə də səbəb ola bilər. Ev şəraitində hazırlanmış konservləşmiş məhsullara diqqət edilməlidir. Təkcə ev şəraitində deyil, fabrik istehsalı olan məhsullarda da belə hallar aşkarlanarsa, həmin qidadan istifadə etmək çox təhlükəlidir. Bununla yanaşı, gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər".

Sevinc

0