Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gəlinməsi adi haldır.
Təəssüf ki, bəzi valideynlər uşaqlarını həkim əvəzinə çöpçülərə aparır.
Hətta Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev "Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib ki, uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqların bilmədən ağzına qoyduqları bərk hissəciklər çox nadir hallarda boğaza ilişib qala bilər:
“Bizim millət uşağın bilmədən nəsə udduğunu eşidən kii onu çöpçu adlanan şəxslərə aparır, onlarda üfürməklə guya həmin yad cismi çıxarırlar. Başqa ölkənin həkimlərinə çöpçü deyəndə onları şoka düşür. İnsanlar türkəçarəyə daha çox meyllənirlər. Çöpçüyə uşağını aparanlar, öz əlləri ilə uşaqlarının sağlamlığını riskə atırlar. O qədər uşaq var ki, çöpçüdən sonra kar olub. Çöpçü guya yad cismi çıxarmaq üçün uşağın burnunu üfürüb, necə üfürübsə uşağın qulağının pərdəsi deşilib. Bu kimi halların yaşanmaması üçün həkimə müraciət edilməlidir”.
Sevinc