Dəm qazından zəhərlənmə zamanı nə etməli?

SAĞLAMLIQ
20:00 / 17.02.2025
168

Son zamanlar dəm qazından zəhərlənmə hallarının sayı artıb. 

Dəm qazı - karbon monooksid yanacaq məhsularının tam yanmaması zamanı ortaya çıxır.

Rəngsiz və qoxusuz olan bu qaz, daha çox qapalı məkanlarda təhlükəli olur. 

Hiss edilmədiyi üçün nəfəslə ağciyərlərə və qana daxil olur. Qanda oksigenlə birləşməli olan hemoqlobin, karbon monooksidlə - dəm qazı ilə birləşir və qan daha oksigen daşıya bilmir. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,dəm qazından zəhərlənməni çox zaman zəhərlənən şəxs hiss etmir: 

“Dəm qazından zəhərlənmə zamanı ilkin olaraq, xəstənin açıq və təmiz havaya çıxarılmalı, daha sonra isə, süni tənəffüs verilməlidir. Dəm qazı xroniki xəstəliyi olanlara daha tez təsir göstərir. Ürək çatışmazlığı, beyin xəstəlikləri olanlar, hipertoniyadan əziyyət çəkənlər dəm qazı təhlükəsi ilə daha çox üz-üzədirlər. Təəssüflər olsun ki, dəm qazından ölüm halı hər kəsdə, həm qocalar, həm də uşaqlar arasında qeydə alınır. Dəm qazı günlər sonra da ağır fəsadlaşmalara səbəb ola bilər. Xəstənin hətta iflic olmaq, yaddaşını və ya görməsini itirmək təhlükəsi də var”.

Sevinc

0