Çobanyastığı çayının sağlamlıq üçün xeyirli olduğunu hər kəs bilir.
Hətta ,nənələr bu çayın xeyri haqında uzun-uzadı fikir bildirərdilər.
Hit.az- xəbər verir ki, çobanyastığı sakitləşdiricidir.
Ancaq çobanyastığının həddindən artıq dozası başgicəllənmə, zəiflik, baş ağrısı və ishala səbəb ola bilər.
Çobanyastığı çayının təhlükəsiz dozası gündə iki stəkandır.
Onu da bildirək ki, çobanyastığı güclü antibakterialdır.
Soyuqdəymə, boğaz ağrısı kimi halları aradan qaldırır.
Xüsusilə, sinuzitdən əziyyət çəkənlərin çobanyastığı çayından istifadə etməsi tövsiyə olunur.
Tərkibində olan maddələr səbəbindən qaraciyərin təmizlənməsinə, qorunmasına və sağlamlığına kömək edir.
Çobanyastığı çayı bədənin allergenlərə qarşı immun reaksiyasını dəyişməyə səbəb olur və allergik reaksiyaları sakitləşdirir.
Sevinc