Soyuqda dəriyə necə qulluq edilməlidir?

SAĞLAMLIQ
16:40 / 17.02.2025
120

İsti aylardan fərqli olaraq, soyuq qış günlərində dəri tez quruyur. 

Kosmetoloq həkim Aytəkin İsmayılova Hit.az-a şərhində deyib ki, qışda dəriyə qulluq yayla müqayisədə eyni olmur: 

“Qışda daha çox nəmləndiricilər də dərinin quruluğunu azaltmaq olur. Əl kremləri və nəmləndirici bədən losyonları gündəlik qulluqun daimi elementlərinə çevrilməlidir. Əldə quruluq varsa ələ də krem çəkilməli və havada olarkən mütləq əlcək taxılmalıdır. Məlumdur ki, yayda su çox istehlak edilir və su da dərini nəmləndirir. Ancaq qışda bu elə də mümkün olmur. Ona görə də müxtəlif krem, sprey və ya lasionlarla dəri nəmləndirilə bilər. Əks halda qurumuş dəridə çat əmələ gələ bilır”.

Sevinc

0