Azərbaycanda qrip virusu yayılıb? - İnfeksionistdən AÇIQLAMA

SAĞLAMLIQ
13:16 / 18.02.2025
167

"Qrip virusu hər il mövsümi xəstəlik olaraq meydana çıxır". 

Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, qrip yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən xəstəlikdir:
"Yəni zökəm əlamətləri ilə də özünü biruzə verir. Əsasən bizim coğrafiyada dekabr ayından aprel ayına qədər müşahidə olunur".

Onun sözlərinə görə, Azərbaycanda da bu virusa yoluxma sayı yüksəkdir:

"Son zamanlarda ölkəmizdə qripə yoluxma sayında kəskin artım müşahidə olunur. Lakin şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, yoluxma sayı artıq azalmaq üzrədir. 

Çünki mənə müraciət edən xəstə sayı azalıb. Hərçənd ki, bir ay bundan əvvəl qriplə bağlı həddindən artıq dərəcədə müraciət edən xəstə var idi. Əsasən də dekabr-yanvar aylarında daha çox xəstə müraciət etmişdi".

367892

Lakin həkim vurğulayıb ki, qrip virusunun bu mövsüm tamamilə bitməsi üçün hələ zaman var:

"Yəni bu virus hər il yaşanır. Üstəlik, tək bizdə deyil, bütün dünyada olur. Lakin təəssüf ki, dünyada bu virusa görə ölənlər də olub. Bu xəstəliyin ölüm göstəriciləri yüksəkdir. Daha çox 5 yaşa qədər uşaqlarda və 65 yaşdan yuxarı olan şəxslərdə ölüm ehtimalları daha çox olur".

Pərviz

0