Hamımızın “qreçka”deyə tanıdığımız qarabaşaq hər zaman ən faydalı təbii qidalardan sayılıb.
Daha çox pəhriz məhsulu sayılan qarabaşağın aclığı tez aradan qaldırdığı, uzun zaman tox saxladığı və bununla da artıq çəkinin, yağların itirilməsinə kömək etdiyi çoxlarına məlumdur.
Bundan əlavə, qarabaşaq bir çox vitaminlərlə zəngindir.
Hit.az xəbər verir ki, qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır.
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər.
Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar.
Xüsusilə, hamilə qadınlara və yüksək qan təzyiqi olanlara isə ümumiyyətlə, bu məhsulu yeməmək tövsiyə edilir.
Sevinc