Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir.
Bu orqanizmin normal fizioloji funksiyasıdır. Əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir.Bəzi insanlarda digərlərindən daha çox tər vəziləri ola bilər ki, bu da onlarda tərləmənin daha intensiv olması deməkdir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, tərləmə 2 cür olur ümumi tərləmə və müəyyən nahiyyələrin tərləməsi:
“Bədənin müəyyən nahiyyələrinin tərləməsi zamanı isə qoltuq, əl, ayaq, baş dərisi kimi nahiyyələrdə həddən artıq tərləmə halı yaranır. Bəzi hallarda səbəbsiz tərləmək bir çox xəstəliklərin xəbərçisi ola bilər. Pvevmoniya, ürək-damar xəstəlikləri, ürək infarktı, arterial təzyiq, hərarətin yüksəlməsi və digərləri daxildir. Həddindən artıq tərləməyə hormonal xəstəliklər səbəb olur. Tərləmə maddələr mübadiləsinin nəticəsi olaraq ortaya çıxdığından xüsusilə bədən maddələr mübadiləsini sürətləndirən xəstəliklər əvvəlcə araşdırılmalıdır. Tiroid bezinin həddindən artıq işləməsi yəni hipertiroidi ən çox həddindən artıq tərləməyə səbəb olan sistematik xəstəlikdir. Buna görə bu xəstəliyin digər əlamətləri olan çəki itkisi, əllərdə titrəmə, həddindən artıq əsəbilik, saç tökülməsinin olub-olmadığına baxılır”.
Sevinc