Soyuq havada necə qidalanmalı?

SAĞLAMLIQ
22:33 / 19.02.2025
106

Qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün hansı qidaya üstünlük verilməsi insanları düşündürür. 

Həkim  Pərvanə Mustafayeva Hit.az-a deyib ki, soyuq qış günlərində C, A və E vitamini baxımından zəngin olan qidalara üstünlük verilməlidir:

 “Güclü metabolizmanın təməlində kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi, tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol miqdarda var. A vitamini də güclü antioksidandır. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru paxlalılar yeyilməlidir”.

Sevinc

0