Bütün insanlarda yaşından asılı olmayaraq, qorxu hissi olur.
Ancaq böyüklərlə müqayisədə uşaqlar daha çox qorxur. Onlar öz kölgəsindən, izlədikləri cizgi filmindəki mənfi rollardan, kiminsə sərt səsindən və s.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, qorxunun uşaq psixologiyasına təsiri böyükdür:
“Qorxu uşaqlarda diqqət pozuntusuna, nevroza, şəkərə gətirib çıxarda bilər. Valideynlər körpəni nağıl personajları ilə qorxudaraq, öz məqsədlərinə çatmağa çalışırlarsa, uşaq tək və ya qaranlıqda qalmaqdan qorxa bilər. Valideynlər söylədikləri sözlərə, uşaqlarına qarşı olan davranışlarına diqqət yetirməlidir. Əks halda qorxu gələcəkdə uşağın həyatına müəyyən dərəcədə təsir göstərə bilər. Uşaqlıqda həllini tapmayan bu qorxular yetkinlik dövründə də davam edə bilər”.
Sevinc