Qatığın zərərləri az deyilmiş

SAĞLAMLIQ
23:36 / 19.02.2025
140

Qatıq bütün dünyada ən çox yeyilən süd məhsullarından biridir.

Çox qədim zamanlardan xəstəliklərin müalicəsi məqsədi ilə qatıqdan istifadə olunub və sağlam yaşamın “iksiri” olaraq bilinir.

Qeyd edək ki,qatığın tərkibi C və B12 vitaminləri ilə zəngindir. 

Eyni zamanda tərkibində kalsium, natrium, dəmir, manqan kimi elementlər və omega-4 yağı vardır.

Qatıq faydalarını saymaqla bitməz.
Ancaq bu məhsulun zərərləri də az deyil.

Hit.az xəbər verir ki, qatığı normadan artıq istifadə etmək köp və ishal kimi problemlərə səbəb ola bilər.

Bununla yanaşı, normadan qat-qat artıq istifadə etmək bağırsaqlarda bakteriyalardan qaynaqlanan infeksiyalara səbəb ola bilər. 

Həmçinin, meyvəli qatıq istehlak edərkən  vaxta fikir vermək lazımdır. 

Belə ki, səhərlər meyvəli qatıq şəkərli diabetə tutulma riskini artırır.

Səhər yeməyi üçün meyvəli qatıq sağlamlığa faydaları baxımından ən yaxşı seçim deyil.

Sevinc
 

0