Uşaqlar bateriya udarsa, nə kimi fəsadı ola bilər?

SAĞLAMLIQ
21:02 / 20.02.2025
111

Təzə yeriməyə başlayan uşaqlar diqqətini cəlb edən istənilən əşyanı udmaq istəyir.

Zamanla uşaqların bateriya udmasının şahidi olmuşuq. Hətta bateriyanın orqanizmə mənfi nəticəsində həyatını itirənlər belə olub.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, batareyalar bütün digər təhlükəli əşyalar kimi uşağın əli çatmayar yerlərdə saxlanılmalıdır:

“Uşaq batareyanı udduqda sonra onu dərhal xəstəxanaya çatdırmalıdır. Batareya uşaq orqanizmindən nə qədər tez xaric olunarsa, onun mənfi təsiri də bir o qədər az olacaq. Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər. Əgər vaxtında müəyyən olunsa ki, uşaq yad cisim udub, bu zaman ciddi bir fəsad olmur. Uşağın mədəsini yuyub, həmin oyuncağı ordan çıxarırlar. Yox əgər, batareya artıq mədədə əriyibsə, bu zaman qanaxma kimi təhlükəli proseslər baş verə bilir”.

Sevinc

0